phone

 

+994 (55) 300-35-09

+994 (12) 489-06-45

Məhsul əlavə et

HÖRMƏTLİ BACARIQLI ƏL SAHİBLƏRİ,

Sizi Özəl ailəsində görməkdən məmnun olarıq !

Ağlınızda "Özəl komandasının üzvü olmaq sizə nə verəcək?" sualı varsa, cavabımız hazırdır:

1. Satışlarınızın həcmi artacaq.

2. Sifarişləriniz Azərbaycanın mütəlif şəhər və rayonlarından, həmçinin xarici ölkələrdən gələcək.

3. Sahibkar olacaqsınız.

4. Təşkil etdiyimiz tədbirlərimizdə, sərgilərimizdə iştirak edəcəksiniz.

5. Sevdiyiniz işi həyat tərzinə çevirməklə həm pul qazanacaq, həm də daxili motivasiyanızı təmin etmiş olacaqsınız.

 
Bunun üçün sizdən aşağıdakı addımları icra etmənizi xahiş edirik:
  • Saytımızda qeydiyyatdan keçin və onlayn ərizə formasını doldurun;

  • Onlayn ərizəyə məhsullarınızın şəkillərindən bir neçə nümunəni əlavə edərək göndərin;

  • Əməkdaşlarımız sizinlə əlaqə saxlayaraq onlayn müqavilə bağlamağı təklif edəcək. Bu zaman sizdən şəxsiyyət vəsiqənizin skan olunmuş versiyası və bank rekvizitləriniz tələb olunacaq;

  • Bundan sonra sizə icraçı statusu veriləcək;

  • Şəxsi hesabınızda “məhsullar” bölməsi əmələ gələcək ki, bu bölmədə siz öz məhsullarınızı əlavə edə, eyni zamanda satışlarınızı  idarə edə bilərsiniz;

  • Məhsulunuza sifariş gəldikdən sonra məhsulunuz kuryerimiz vasitəsilə alıcıya çatdırılacaq;

  • Hər günün yığılan ödənişləri şirkətimizə məxsus komisyon haqqı çıxıldıqdan sonra növbəti iş günü sizin bank hesabınıza köçürüləcək.

           

       Məhsulun yerləşdirilmə qaydaları:

  • Yazılar azərbaycan şrifti ilə yazılmalıdır
  • Məhsulun şəkilləri ağ fonda  tam görüntülü (yaxindan, uzaqdan, yandan, arxadan) və ən azı 3 ədəd olmalıdır
  • Məhsul haqqında məlumatlar detallı olmalıdır (ölçüsü, tərkibi, keyfiyyəti, zəmanəti)

      İcraçı reytinqi:

  • Hər məhsul alan müştəri aldığı məhsulu qiymətləndirəcək və şərhlər yazacaq.
  • Ən yüksək reytinqli məhsullar səhifədə ön hissədə yerləşəcək.
  • Bu qiymətləndirmədən icraçı üçün reytinq formalaşacaq.
  • Gələcəkdə icraçının reytinqi satışlardan alınacaq komisyon haqqına təsir edə biləcək. 

Hər hansı çətinliyiniz yaranarsa saytımızdakı onlayn çat vasitəsi ilə bizə bildirə bilərsiniz.

Telefon: 055 300 35 09

            055 300 35 12

            012 594 61 41

Email:   [email protected]

Skype: ozal1112

 

Yolunuzu gözləyirik!