phone

 

+994 (55) 300-35-09

+994 (12) 489-06-45

Haqqımızda

Biz Kimik

Özəl MMC olaraq, bacarıqlı insanların əl işlərinin, ev şəraitində hazırlanan hər bir məhsulun online satışını, qablaşdırılmasını və birbaşa alıcıya çatdırılmasını təşkil etmək və bununla bağlı müştəri xidmətini yüksək səviyyədə təmin etmək üçün bütün ev məhsullarını www.ozal.az saytında cəmlədik.

Məqsədimiz

Ev dadını, əl əməyini yüksək qiymətləndirən, daha fərqli və kreativ, sənətkarların hiss və duyğularının təcəssümündən yaradılmış əşyaların, hədiyyələrin axtarışında olan hər kəsə bu məhsulları əlçatan etməkdir.

Amma yalnız bu deyil - Özəl, Azərbaycanın müxtəlif rayonlarından olan  bacarıqlı insanların əl əməyini hər kəsə çatdıraraq, bu şəxslərə hazırladıqları əl işlərinin satışının təşkili, daşınması, sifarişlərin alınması və idarə olunması, müştəri məmnuniyyətinin göstərilməsi prosesində dəstək xidmətini göstərməkdədir.