phone

 

+994 (55) 300-35-09

+994 (12) 489-06-45

Ozal.az

02.08.2017 / 17:49:54

Ozal.az əl işləri ustaları ilə onları sevənləri bir araya gətirmək, əl işlərinə həvəsi olub ancaq bacara bilməyənlərə öyrətmək və bu sahənin ustası olmaq istəyən şəxslər üçün fərqli əl işləri  sahəsində master-klaslar keçirmək qərarına gəlib. Qeyd edək ki, master-klaslarımız sorğular əsasında ən çox tələbat olan əl işləri sahəsində keçirilir.

08.07.2017 tarxində “Geyim üzərində rəsm” adlı ilk master-klas keçirilib. Bildiyimiz kimi bu sahəyə maraq artmaqdadır.  Rəssamlıq bacarığı olanlar öz yaradıcılıqlarını daha fərqli bir sahədə nəzərə çatdırmaq istəyirlər və bunu insanların gündəlik geyimlərinə tətbiq edirlər. Beləliklə, 7 illik rəssamlıq təcrübəsi olan Dilbər xanım geyim üzərində rəsm sənətinin sirlərini iştirakçılarla bölüşüb.

 

29.07.2017 tarixində növbəti uğurlu master-klas peşəkar dərzi Dilarə xanımın təqdimatında baş tutdu. Qeyd edək ki, Dilarə xanımın dərzi işinə və modaya olan marağı onu uşaqlıqdan bu sənəti öyrənməyə vadar edib. Belə ki, bu xanım artıq 20 ilə yaxındır ki, bu sənətin peşəkarıdır. Master-klas ərzində dərzilik sənətinin ilkin sirləri həm nəzəri, həm də praktiki baxımdan iştirakçıların nəzərinə çatdırılıb. 

Dilarə xanımın gözəl öyrədicilik qabilliyəti, bu işi heç bilməyən həvəskarlarda dərziliyə marağı daha da artırdı, eyni zamanda bu işi artıq müəyyən səviyyədə bilən  iştirakçılarda isə sənətlərində daha da peşəkarlaşmaq həvəsini yaratdı. Iştirakçilarımızın master-klas haqqında fikirlərini sizlərlə bölüşmək istərdik.

 Bunu da qeyd edək ki, tələbatın çoxluğunu nəzərə alaraq eyni  master- klas ikinci dəfə 05.08.2017 tarixində yenidən keçiriləcək. Bundan əlavə, digər master-klasların təşkili də planlaşdırılır.

Bildiyimiz kimi bu sənətin sirlərinə bir neçə saatlıq master-klasda yiyələnmək mümkün deyil. Bu səbəbdən bəzi iştirakçıların xahişi ilə dərzilik kurslarını təşkil etmək qərarına gəldik və artıq bu ilin sentyabr ayından tələbatı nəzərə alaraq “Gəlincik hazırlanması” və “Dərzilik” kursları təşkil olunacaq.