phone

 

+994 (55) 300-35-09

+994 (12) 489-06-45

Özəl sərgisi

12.09.2017 / 16:50:26

Hörmətli Özəl izləyiciləri!

Nəzərinizə çatdırmaq istərdik ki, bu il Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə “Retro Bakı” layihəsi başladıldı. Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbin yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsini təşkil etməkdir.

08-09 sentyabr tarixlərində Fəvvarələr Meydanında “Retro Bakı” layihəsi çərçivəsində isə "Özəl" işlər sərgisi baş tutdu. Konsert proqramını izləməyə gələn şəhərimizin sakinləri və qonaqlar yaradıcı insanların əl işlərini böyük zövq və maraqla qarşıladılar. 

 

 

"Özəl" əl işlərinin sərgilənməsində yaratdıqları fürsətə görə "Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi"nə və "Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəz"ə öz təşəkkürümüzü bildiririk.